Rusiya hazırda Ukrayna ərazisinin 20 faizini işğal edib

Fced4f35165416881766521144010103937.jpeg

Rusiya hazırda Ukrayna ərazisinin 20 faizini işğal edib.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Luksemburq parlamentində videoformatda çıxışında deyib.
O bildirib ki, hazırda cəbhə xətti 1000 kilometrdən çoxdur: “Demək olar ki, bütün Rusiya ordusuna qarşı özümüzü müdafiə etməliyik. Bu təcavüzdə Rusiyanın döyüşə hazır bütün hərbi birləşmələri iştirak edir”, Ukrayna lideri deyib.
Onun sözlərinə görə, Ukraynanın şərqində hər gün 100 ukraynalı ölür, 450-500 nəfər yaralanır.