Rusiya Latviyaya qaz verilişini dayandırdı

2022 06 17T162012Z 1867573556 RC2RTU9LV8FH RTRMADP 3 EUROPE GAS DEMAND pic4 zoom 1500x1500 48526 1659368604.jpg

Rusiya qazı iyulun 30-dan Latviyaya verilmir.

Bu barədə “LETA” nəşri təbii qazın nəqli və saxlanması operatoru olan “AS Conexus Baltic Grid”ə istinadən xəbər verir. Qeyd olunub ki, sonuncu dəfə təbii qaz Latviyaya İzborsk keçidi ilə iyulun 29-da, cümə günü daxil olub, o zaman fiziki güclərdə 31 167 meqavat-saat (MVt/saat) qaz qeydə alınıb. Agentlik yazır ki, bazar ertəsi tədarük üçün müraciətlər qəbul edilməyib.