Rusiya Mərkəzi Bankının aktivi donduruldu

8b313cbf165011559995052961610607000.jpg

Avropa İttifaqı ölkələri Rusiyaya qarşı həyata keçirilən sanksiyalar çərçivəsində bu ölkənin Mərkəzi Bankının təxminən 23 milyard avro məbləğində aktivlərini dondurub.

Avtor.az xəbər verir ki, bu açıqlama ilə Avropa Komissiyasının ədliyyə üzrə komissarı Didye Reynders çıxış edib.

Avropalı rəsmi həmçinin əlavə edib ki, sanksiyalar çərçivəsində Rusiya vətəndaşlarının fiziki aktivləri, o cümlədən 10 milyard avro dəyərində olan yaxta və villalarına sanksiyalar qoyulub.