Rusiya ordusu Ukraynada 1000 tank, 50 helikopter itirib- Pentaqon

1e7875cf164743160816308694810136506.jpg

Pentaqon Rusiyanın Ukraynaya qarşı müharibədə itirdiyi hərbi texnikanın sayını açıqlayıb.

Avtor.az xəbər verir ki, bu barədə CNN telekanalı Pentaqondakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya ordusu müharibədə təxminən 1 000 tank, 350-dən çox artilleriya, 30 qırıcı-bombardmançı, 50 helikopter itirib.

Pentaqon hesab edir ki, kifayət qədər ciddi itkiləri nəzərə alınsa belə, Rusiya hələ də müharibəni davam etdirmək üçün kifayət qədər texniki imkanlara malikdir.

“Rusiyanın döyüşdə istifadə edə biləcəkləri vasitələrin, texnikanın və silahların sayı həqiqətən üstündür və biz bunu nəzərə almalıyıq”, – Pentaqondakı mənbə bildiri