Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini ələ keçirib

5dd3e47416535043295341503501055538.jpg

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Mednaya Ruda yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirib.

Avtor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bu ərazi Baxmut rayonundan təxminən 13 kilometr cənub-şərqdə yerləşir.

Bildirilir ki, gün ərzində rus qoşunları Pokrovski və Klinovoe istiqamətində müəyyən uğurlar əldə edə biliblər.