Rusiya Ordusunun itkiləri 300 minə yaxınlaşır

Rus itki1679379653.jpg

Rusiya Ordusunun Ukraynada itkiləri açıqlanıb

Avtor.az Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbukdakı açıqlamasına istinadən xəbər verir ki, Rusiya ordusunun daha 860 hərbçisi həlak olub. Bununla da 24 fevral 2022-ci il tarixindən 20 oktyabr 2023-cü il tarixədək ümumi döyüş itkiləri təxminən 299940 nəfərə çatıb.

Bundan əlavə, daha 15 tank, 17 zirehli döyüş maşınları, 14 artilleriya sistemləri, 1 təyyarə, 1 hava hücumundan müdafiə sistemi, 20 əməliyyat-taktiki PUA-lar, 23 avtomobil nəqliyyatı vasitələri məhv edilib.