Rusiya vətəndaşları Qarabağdan çıxarıldı

1680868458 sulhmeramli 620x403.jpg

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti 63 Rusiya vətəndaşını Qarabağdan təxliyə edib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Qarabağdan 63 nəfər təxliyə olunub, onların arasında 5 uşaq da var.

Qeyd edək ki, təxliyə olunan şəxslər əvvəldən Qarabağa gələn Rusiya vətəndaşlarıdır.