Rusiyada 5 bal gücündə zəlzələ baş verib

1a0a283b166106019128434534610518418.jpg

Rusiya Federasiyasının Buryatiya Respublikasının Kurumkanski rayonunda 5 bal gücündə zəlzələ qeydə alınıb.

Avtor.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

Zəlzələ Moskva vaxtı ilə saat 05:56-da baş verib.

Rusiya FHN-in məlumatında deyilir ki, zəlzələnin episentri dənizdən 24 km şimal-qərbdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb, həyati təminat vasitələri normal işləyir.