Rusiyada Hindistanın hakim dairələrinin nümayəndələrindən birinə qarşı terror aktı planlaşdıran İŞİD terrorçu-kamikadzesi saxlanılıb.
Avtor.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
“Rusiya FSB-si Hindistanın hakim dairələrinin nümayəndələrindən birinə qarşı terror aktı planlaşdıran Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşı olan ölkədə fəaliyyəti qadağan edilmiş “İŞİD” beynəlxalq terror təşkilatının üzvünü müəyyən edib və saxlayıb”, – deyə FSB-nin məlumatında bildirilib.
Qeyd olunub ki, aprel-iyun aylarında həmin şəxs Türkiyədə olarkən İŞID liderlərindən biri tərəfindən kamikadze kimi ələ alınıb. Həmin şəxs məsafədən “Telegram”ın köməyi vasitəsi ilə və İstanbulda şəxsi görüşlərdə zamanı ələ alınıb.

