Rusiyada meymunçiçəyinə qarşı vaksin hazırlanıb

9a5748a2166244693340897431210595041.jpg

Rusiyanın Tibb-Biologiya Federal Agentliyi meymunçiçəyinə qarşı vaksin hazırlayıb, hazırda onun ilkin kliniki sınaqları keçirilir.

Bunu agentliyin rəhbəri Veronika Skvortsova deyib.

Onun sözlərinə görə, ilkin nəticələrə əsasən vaksinin hər hansı bir yan təsiri müşahidə olunmayıb və virusa qarşı yüksək dayanıqlılıq qeydə alınıb.

Vaksinin növbəti sınaqları davam etdirilir.

Qeyd edək ki, meymunçiçəyi bu günədək 100 ölkədə yayılıb. Xəstəliyə 53 mindən çox şəxs yoluxub, 15 nəfər ölüb.