Rusiyada neft bazasında yanğın olub

217e342f165086153317538540910037299.jpg

Rusiyanın Bryansk vilayətində neft bazası ərazisində yanğın baş verib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Bryansk vilayəti üzrə Baş İdarəsindən bildiriblər.

“Aprelin 25-i saat 02:00-da Rusiya Fövqəladə Hallar Nazirliyinin Bryansk vilayəti üzrə Baş İdarəsinin operativ növbətçiliyinə aşağıdakı ünvanda yanğınla bağlı məlumat daxil olub: Bryansk, Fokinski rayonu, Moskovski prospekti. Çağırış yerinə yanğınsöndürmə və xilasetmə briqadaları göndərilib. Müəyyən edilib ki, neft bazasının ərazisində yanğın olub”, – deyə açıqlamada deyilir.

Digər təfərrüatlar barədə məlumat verilmir.