Rusiyada ötən sutka ərzində koronavirusa 46 452 yeni yoluxma halı qeydə alınıb.
Avtor.az “TASS”a istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiyanın koronavirusla mübarizə üzrə Operativ Qərargahı yayıb.
Məlumata görə, bu yoluxma sayı mart ayının 12-sindən bu yana rekord yoluxma hesab olunur.
Bununla yanaşı, son sutka ərzində koronavirusdan 81 ölüm qeydə alınıb ki, bu da, iyunun 4-dən maksimum say hesab olunur.
Qeyd edək ki, Rusiyada pandemiya dövründə koronavirusa ümumilikdə 19 311 973 yoluxma qeydə alınıb, 383 910 nəfər dünyasını dəyişib.

