Rusiyada soyuducu kombinatında sızma olub

8ed36a84166356583755244944510758988.jpg

Rusiyanın Novosibirsk şəhərində soyuducu kombinatının binasında ammiakın sızması nəticəsində 8 nəfər xəsarət alıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerindən 300 nəfər təxliyə edilib.

Hadisənin səbəbləri barədə məlumat yayılmayıb.