Rusiyanın elit qoşunlarının üçdə bir hissəsi məhv edilib – Ukrayna MN

29957047165350439134874814310836999.jpg

“Elit qoşunların üçdə bir hissəsi də daxil olmaqla, ümumilikdə Rusiyanın 45 mindən çox şəxsi heyəti məhv edilib”.

Avtor.az Ukraynanın Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Oleksiy Reznikov Krım Platforması Sammitində deyib.

“İlan adasının azad edilməsi bizim əsas uğurlarımızdandır. Artıq Skandinaviya və Baltikyanı ölkələr üçün təhlükə azalıb. Daha çox hərbi dəstək bu təhlükəni bir az da azaldacaq”, – nazir qeyd edib.

Reznikov bildirib ki, Rusiya açıq şəkildə soyqırımı müharibəsi aparır: “Qarşı tərəf nüvə şantajından istifadə edir. Qərb etiraf etməlidir ki, Rusiya bütün demokratik dünyaya qarşı müharibə aparan gücdür”.