Rusiyanın “Kaspersky” şirkəti Avropada qadağan edilə bilər

Fbb5d2cf166419518285743135210198264.jpg

Avropada Rusiyanın “Kaspersky” şirkətinin işi yaxın gələcəkdə qadağan edilə bilər.

Bu barədə Rusiya mətbuatı “Bloomberg“ə istinadən yazır.

Qeyd olunur ki, bu təşəbbüs Avropa İttifaqı tərəfindən irəli sürülür. O cümlədən, nəşrin məlumatına görə, beş Avropa dövləti (Polşa, Litva, Latviya, İrlandiya və Estoniya) qadağada israrlıdır.

Hələlik, bu, mütləq azlıqdır, çünki Avropa İttifaqına 27 ölkə daxildir. Lakin istisna etmək olmaz ki, zaman keçdikcə azlığın rəyi Aİ-yə üzv olan ölkələrin əksəriyyətinin fikrinə çevrilə bilər.