“Rusiyanın qələbəsi NATO-nun məğlubiyyəti olacaq”

Stoltenberq.jpg

“Rusiyanın Ukraynadakı münaqişədə qələbəsi NATO-nun məğlubiyyəti olacaq, ona görə də buna yol vermək olmaz”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən mətbuat konfransında deyib.

Stoltenberq, həmçinin qeyd edib ki, alyansa üzv ölkələrin müdafiə nazirləri Ukraynaya köməyi gücləndirəcəklər.

Bununla belə, Baş katib NATO-nun münaqişə tərəfi olmadığını bir daha xatırladıb.