Rusiyaya məxsus PUA Türkiyədə qəzaya uğrayıb

A9813e95165589935714479865410993810.jpeg

Türkiyənin Gümüşhane şəhəri yaxınlığında, dağlıq ərazidə Rusiya istehsalı olan zədələnmiş “Orlan-10” Pilotsuz Uçuş Aparatı (PUA) aşkarlanıb.

Avtor.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, PUA vətəndaşlar tərəfindən tapılıb.

Hadisə yerinə sövq edilən təhlükəsizlik qüvvələri PUA-nı araşdırma aparmaq üçün Ankaraya göndərib.

Qeyd olunub ki, PUA Ukrayna və ya Suriya bölgəsindən siqnal itdikdən sonra bu bölgəyə gələ bilərdi.