Saakaşvili düşünür ki, Gürcüstana gəlməməli idi

958adb57164441493526142962810233805.jpg

Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvili vətənə qayıtmaqla səhv etdiyini başa düşür.

Avtor.az gürcü mediasına istinadla xəbər verir ki, bu barədə məlumatı Saakaşvilinin oğlu Eduard atasına klinikada baş çəkdikdən sonra deyib.

Gürcüstanın eks-prezidenti uzun sürən aclıq aksiyasının nəticələrinə görə Tbilisidəki “Vivamed” klinikasında müalicə alır. Həkimlər eks-prezidentin vəziyyətini stabil qiymətləndirsələr də, ona qoyulan diaqnoz ictimaiyyətə məlum deyil.

“Onun bədəni siyasi plan rejimində deyil, daha çox sağ qalma rejimindədir. O, bura gəlməyin səhv olduğunu başa düşür, mən bunu ondan dəfələrlə eşitmişəm. Məncə, o, bunu başa düşüb. Düşünür ki, Gürcüstana gəlməməli idi”, – Eduard bildirib.

Onun sözlərinə görə, bu gün eks-prezidentin prioriteti “sadəcə yaşamaq və sağlam qalmaqdır”.