Sabah iki rayonda qaz olmayacaq

Fbca974b 637b 3334 a334 af4cffaf486a 850.jpg

Sabah Naftalan və Goranboy rayonlarında qaz olmayacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt yüksək təzyiqli magistral qaz kəmərinin yeni çəkilmiş hissəsinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı, mayın 2-də saat 09:00-dan etibarən mayın 3-də işlər başa çatanadək “Goranboy”, “Naftalan”, “Goran qəsəbəsi” və “Gilan Knauf” MMC ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Naftalan şəhərinin tam olaraq, Goranboy rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.