Sabunçuda bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

95d309f0161000552967358773010525350.jpg

30 iyul saat 08:00-dan 31 iyul saat 20:00–dək Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev və Əslidar Məmmədəliyev küçələrinin kəsişməsində yerləşən dairədə aparılacaq təmir işləri ilə əlaqədar, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, qeyd olunan tarixlərdə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.