Sahibkar və xeyriyyəçi Pərvanə Mustafayeva “Vətən naminə” medalı ilə təltif olunub.
”Sara Xatun” Mədəni Maarifçilik İB təsisçisi və rəhbəri, Mini Bambini uşaq bağçasının direktoru və təsisçisi, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvü, AMEA-nın dissertantı, sahibkar, xeyriyyəçi, vətən sevdalısı, “Əsgərə xatirə kitabı” layihəsinin fəxri üzvü Pərvanə Mustafayeva vətənpərvərlik istiqamətindəki fəaliyyəti dəyərləndirilərək 8 Mart- Beynəlxalq Qadınlar günü münasibətilə “Vətən naminə”-medalı ilə təltif olunub.
Məlumat üçün bildirək ki, P.Mustafayevanın bir çox istiqamətdə çoxşaxəli fəaliyyəti daim gənclərə nümunə olmuş həm pedaqoji,həm də vətənpərvərlik istiqamətində fəaliyyətinə dəyər verilərək ,”Əsgərə xatirə kitabı “-layihəsinin təqdimatı əsasında Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan Polkovnik Mehdi Mehdiyev tərəfindən təltif olunmuşdur.
Pərvanə Mustafayeva ona göstərilən böyük etimadı daim doğruldaraq gələcək fəaliyyətində daha böyük uğurlara imza atacağını və ona verilən dəyərə görə, minnətdarlıq edib.
Pərvanə Mustafayeva həmçinin şəhid ailələrinə, qazilərə öz təşəkkürünü bildirib. Qeyd edib ki, tarix çox qələbələrə şahidlik edib. Ancaq onların az bir qismində xalq qələbəni məhz milli vəhdət sayəsində qazanıb. Xalqımız və onun lideri cənab Ali Baş Komandan İlham Əliyev bütün dünyaya sübut edə bildi ki, Azərbaycan milli birlik yaratmağa, milli vəhdətə nail olmağa, bir “dəmir yumruq” kimi birləşməyə qadir xalqdır.





