Türkiyə vətəndaşı faciəvi şəkildə ölüb.
Bu barədə APA məlumat yayıb.
Bildirilib ki, hadisə Salyan rayonunda qeydə alınıb.
Türkiyə vətəndaşı Süleyman Kurtuluş idarə etdiyi “Merdeces Benz” markalı yük avtomobilinin təkərini dəyişmək üçün Ələt-Astara yolunda nəqliyyat vasitəsini qaldırıcı ilə havaya qaldırıb.
O, avtomobilin təkərini dəyişərkən qaldırıcının hava təzyiqinin qəflətən boşalması nəticəsində avtomobilin qaz balonlarının altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.





