“Şamaxı” FK-ya yeni mətbuat katibi təyin olunub

7790583c165908960382628246610808608.jpg

“Şamaxı” Futbol Klubunun (FK) strukturunda kadr dəyişikliyi həyata keçirilib.

Bu barədə klub özü məlumat yayıb.

Qeyd olunub ki, mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov texniki qeydiyyat şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.

İdarə Heyətinin digər qərarı ilə Yusif Hüseynov mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.