“Şamaxı” millimizlə heç-heçə etdi

455cb265165890946179148394910893293.jpg

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Miloş Velebitin komandası “Şamaxı” ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, “Şamaxı” bundan əvvəl “Kəpəz”lə sınaq matçı keçirib. O oyunda da qapılara qol vurulmayıb.