Şamaxıda “Shacman” aşıb, ölən var

4faccedf 1234 334e 8e37 29e4203f1269 850.jpg

Şamaxıda ölümlə nəticələnən yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Şamaxı rayonunun Göylər Dağ kəndində “Shacman” markalı yük avtomobilinin aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1964-cü il təvəllüdlü Səfərov İlqar Əlikişi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.