Sankt-Peterburqda kütləvi tədbirlərdə maska QADAĞASI

1703078638 E407bf7b4c18443c9b2f97d9f171da0e.jpg

Rusiyanın Sankt-Peterburq şəhərində bu gündən etibarən kütləvi tədbirlər üçün maska rejimi tətbiq edilib.

Bu barədə müvafiq qərarı şəhərin baş sanitar həkimi Nataliya Başketova imzalayıb.

Qərara əsasən, tədbirlərin təşkili və keçiriləcəyi zaman işçilər fərdi qoruyucu vasitələrdən istifadə etməli olacaqlar.

Qeyd olunub ki, qərar, Sankt-Peterburqda respirator infeksiyalara yoluxma hallarının artması fonunda tətbiq edilir.(APA)