Səfir: Humanitar yardım karvanı əslində Azərbaycanın həmrəyliyini və mənəvi dəstəyini İrana çatdırır

17752823692684240231 1200x630 69d0a9c16abfe


Bu karvan 3-cü humanitar yardımıdır ki, Azərbaycandan İrana göndərilir. Bu, əslində Azərbaycan xalqının və hökumətinin həmrəyliyini və mənəvi dəstəyini iranlılara çatdıran bir karvandır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.

O bildirib ki, İran hazırda çətin bir dövrdən keçir. Belə bir vaxtda göstərilən dəstəyin çox böyük əhəmiyyəti var.

“Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan hökuməti bu sahədə müəyyən təşəbbüslər göstərib. İlk olaraq humanitar yardım göndərib və bu yardımların davam etdirilməsi planlaşdırılır. Bu isə onu göstərir ki, Azərbaycan öz dəstəyini davam etdirmək və həmrəyliyini bir daha nümayiş etdirmək niyyətindədir”, – deyə M.Dəmirçilu vurğulayıb.