Səhhətinə görə konsertləri təxirə düşdü

255467 i4ivpl4uqn.jpg

Britaniyalı məşhur rokçu Ozzi Osborn konsert turlarını təxirə salıb.

Bu barədə 74 yaşlı sənətçi sosial şəbəkədə məlumat verib. O, səhhətində problem yarandığını bildirib:

“Dörd il əvvəl fevral ayında ağır qəza keçirmişdim, nəticədə onurğa sütunum zədələmişdi. Səsimdə problem yoxdur, amma üç əməliyyat, kök hüceyrə müalicələri və sonsuz terapiya seanslarından sonra bədənim hələ də fiziki cəhətdən zəifdir. Qastrol günlərimin belə bitəcəyini heç düşünməzdim. İndi komandam şəhər və ölkə gəzmədən necə çıxış edə biləcəyim barədə variantlar axtarır”.