Şəhid Mübariz Xankişiyevə həsr olunmuş sənədli filminin təqdimatı keçiriləcək

Img 20250621 wa0032.jpg

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvü, bəstəkar-yazar Fərahim Sadiqin ideya müəllifliyi və təşəbbüsü ilə, “Öncə Vətən deyənlər” yaradıcı qrupunun iştirakı, Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Dünya Gənc Türk Yazarlar BirliyiAzərbaycan Maliyyə-İqtisad Kollecinin təşkilati dəstəyi, həmçinin “HAYAT Media” şirkətlərinin texniki dəstəyi ilə Vətən müharibəsi şəhidi, baş leytenant Mübariz Rəsul oğlu Xankişiyevin döyüş yoluna həsr olunmuş “Vətən Fədaisi” adlı sənədli filmin təqdimatı baş tutacaq.

Redaksiya xəbər verir ki, təqdimat mərasimi 25 iyun 2025-ci il tarixində saat 17:00-da Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən Nizami Kino Mərkəzində keçiriləcək. Tədbir, 26 İyunAzərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkil olunur.

Təqdimat gecəsində şəhid Mübariz Xankişiyevin keçdiyi şərəfli döyüş yolu ilə yanaşı, onun timsalında Vətən uğrunda canından keçmiş bütün igidlərin əziz xatirəsi yad ediləcək. Tədbir çərçivəsində AVMVİB veteranları arasında şəhidimizin xatirəsinə həsr olunmuş şahmat turnirinin qaliblərinin mükafatlandırılması və Azərbaycan Respublikası Müdafiə NazirliyininHəzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi” kollektivinin təqdimatında vətənpərvər mahnılardan ibarət mini konsert proqramı da keçiriləcək.

“Vətən Fədaisi” sənədli filmi təkcə bir qəhrəmanın xatirəsini yaşatmaqla kifayətlənmir, həm də gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsinə, tariximizin və şəhidlərimizin örnək həyatlarının gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Dövlət qurumları, media nümayəndələri və vətəndaş cəmiyyəti fəalları da daxil olmaqla geniş auditoriyanın iştirakı ilə keçiriləcək təqdimat mərasiminə bütün ictimaiyyət nümayəndələri dəvət olunur.

Kənan Cəlilov