Şəhid Orxan Əsgərovun məzarı ziyarət edilib

421539516 773198478184597 3578863242617276213 N 0.jpg

Xarici İşlər Nazirliyinin rəhbər heyəti ötən il Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktı nəticəsində şəhid olmuş Orxan Əsgərovun məzarını ziyarət edib.

Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi heyət ziyarət zamanı şəhidlik zirvəsinə yüksələn həmkarımızın məzarı önünə əklil qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad edib.