Şəhid Rəşad Novruzovun ailəsi ziyarət edilib

A0dc078c165045807589512255310818692.jpg

YAP Şuşa rayonu üzrə 7 nömrəli ərazi partiya təşkilatının fəalları, Şuşa rayon 6 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi şəhid Rəşad Elşad oğlu Novruzovun ailəsini ziyarət ediblər.

Görüşdə Rəşad Novruzovun keçdiyi qısa və mənalı həyat yolundan danışılıb, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəkləri bildirilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki,Rəşad Novruzov Füzuli, Cəbrayıl, Xocavənd, Murovdağ, Şuşa uğrunda gedən döyüşlərdə vuruşmuşdur.O, 2020-ci il 6 noyabr tarixində Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rəşad Novruzov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Azərbaycan Bayrağı ordeni”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.