Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının fəalı Aydan Bağırova şəhid Namiq Nurəddin oğlu Bağırovun qızı Ayla Bağırovanın üç yaşının tamam olması münasibətilə şəhidin ailəsini ziyarət edib.
Şəhidin atası qeyd edib ki, övlad itirmək valideyn üçün çox çətindir. Amma bu gün Namiqin balası onun bizlərə əmanət etdiyi nişanəsidir. “Ayla atasına layiq övlad kimi yetişdirəcəyik. Biz hər zaman atası ilə necə fəxr etmişiksə onunla da eləcə fəxr edəcəyik”.
Görüşdə Namiq Bağırovun keçdiyi şərəfli həyat yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, döyüş yolu, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.
Şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.





