YAP Şuşa rayon təşkilatı 29 nömrəli ərazi partiya təşkilatı və Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Şuşa şəhər Bülbülcan adına UMM-nin müəllim kollektivi şəhid Yusifzadə Ramil Adəm oglunun ailəsini ziyarət edib.
Görüşdə Ramil Yusifzadənin keçdiyi qısa və şərəfli həyat yolundan danışılıb, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəkləri bildirilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.





