Səhiyyə Nazirliyi: Qarlı hava şəraiti ilə əlaqəli olaraq 41 nəfər müraciət edib

Qar.png

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 41 nəfər müraciət edib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub, 2 nəfər əməliyyat üçün stasionara qəbul edilib.