Şəkidə qar yolları iflic edib, avtomobillər yolda qalıb

99f3ebf5 9a45 3e5f A04c D38e7654742a 850.jpg

Şəkidə qar yolları iflic edib, avtomobillər yolda qalıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, Şəki-Qax avtomobil yolunun Şəkinin Qoxmuq kəndi ərazisindən keçən hissəsində yollar buz bağlayıb.

Əsasən yük avtomobillərinin hərəkəti çətinləşib. Yolda qalan avtomobillər yolun hərəkət hissəsindən çıxarılıb.

Əraziyə yol istismarı işçiləri və Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Hazırda yolda nəqliyyatın hərəkəti məhdud şəkildə davam edir.