Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var

28400848 08ca 38f4 af63 37e45490e957 850.jpeg

Şəmkirdə yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Düyərli kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ-21021” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində rayon sakini, 1987-ci il təvəllüdlü Yasin Həsənov və 1992-ci il təvəllüdlü Babək Bayramlı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar, onların hər ikisinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.