Şəmkirdə inşaat mallar satan mağaza yanıb

A0b45d1b161984547682862661910417574.jpg

Şəmkirdə mağazada yanğın olub.

Avtor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonunun Kür qəsəbəsində ümumi sahəsi 650 m² olan inşaat malları satışı mağazasında taxta materiallar 200 m³ yanıb. Taxta materiallarının qalan hissəsi və mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.