Şəmkirdə qatar 2 qadını vurub

440e7c3e164973863080914495310862311.jpg

Şəmkir rayonunun Zəyəm stansiyası ərazisində yük qatarı 2 nəfəri vurub.

Hərəkətdə olan yük qatarı dəmiryolu xətti üzərindən qarşı tərəfə keçmək istəyən Nurcan Məmmədovanı və Aysel Həsənovanı vurub.

Yaralılar ağır xəsarətlər alıb və xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.