Şəmkirə güclü dolu yağdı

260316 42s5mhgil7.jpg

Mayın 11-də Şəmkir rayonunun mərkəzinə, Zəyəm, Zəyəm Cırdaxan, Şiştəpə, Dəllər və digər yaxın kəndlərə güclü dolu leysan xarakterli yağış yağıb.

Avtor.az “Report”a istinadən xəbər verir ki, dolu meyvə ağaclarına, təsərrüfata zərər vurub.

Bundan başqa, avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.

Hazırda ərazidə yağıntılı hava şəraiti davam edir.