Serbiya Fransadan “Rafale” almaq istəyir

37f4ca2a6339ab8184db203e90310666 101357 39.jpg

Serbiya Fransa istehsalı olan “Rafale” tipli döyüş təyyarələri almaq niyyətindədir.

Serbiyanın “Dassault Aviation” şirkəti ilə 12 ədəd “Rafale” tipli döyüş təyyarəsinin alınması üçün danışıqlar apardığı bildirilir.
Serbiya Prezidenti Aleksandr Vuçiçin seçkilərdə qalib gəlməsi ilə danışıqlarda müsbət irəliləyişin olacağı gözlənilir.
Qeyd edək ki, hazırda Serbiyanın donanmasında keçmiş Yuqoslaviya dövründən qalma “Mig21” və “Mig29” tipli təyyarələr var. Serbiya, həmçinin Rusiyadan “Mig30” tipli döyüş təyyarələri almaq istəyir.