Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılacaq – RƏSMİ AÇIQLAMA

4c300750 5901 4b14 ac18 4c237630a845 43685d12 c175 4915 8236 1b4e55f21829 1000386760.webp

Paytaxtdakı 171 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı və səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq.

Bu barədə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, hazırda məktəbin pedaqoji heyəti məzuniyyətdə olduğu üçün araşdırmanın məzuniyyət dövründən sonra aparılması nəzərdə tutulur.

Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.