Səudiyyə Ərəbistanında 9 zəvvar ölüb

6a7dc081165083962452386456210998235.jpg

Səudiyyə Ərəbistanının Ciddə şəhəri yaxınlığında beş vermiş iki ağır yol qəzasında Ümrə ziyarətinə gedən 9 misirli və sudanlı zəvvar ölüb.

Bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, zəvvarları daşıyan avtobuslar qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşub. Səudiyyə rəsmiləri yaralıların Ciddədəki klinikalara çatdırıldığını bildiriblər. Misirin Səudiyyə Ərəbistanındakı səfirliyi onların müalicəsini nəzarət altında saxlayır.

Misir XİN-in məlumatında qeyd edilib ki, həyatını itirən zəvvarların yaxınları onların Mədinədəki Əl-Bəqi qəbiristanlığında dəfn edilməsi barədə müraciət ediblər. Bu məzarlıqda Məhəmməd Peyğəmbərin yaxınları və əshabələri dəfn edildiyi üçün müsəlmanlar orada dəfn olunmağı şərəf sayırlar.