Şiddətli geomaqnit qasırğası olacaq

Gunes

Müsbət qütblü Tac Dəliyi Axınlarının bu gün və ya sabah, 18 yanvarda baş vermiş X1.95 sinifli alışmaya bağlı Tac Kütlə Atılmalarının yanvarın 20-də Yerə çatacağı gözlənilir.

Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Qeyd olunub ki, bu səbəbdən də güclü (G3), hətta şiddətli (G4) geomaqnit qasırğasının baş verməsi ehtimalı var.