SİMA hüquqi şəxslər üçün əlçatan olacaq

12ffb096165890931638229740910166816.jpg

SİMA bulud əsaslı elektron imza hüquqi şəxslər üçün də əlçatan olacaq.

Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müşaviri Rəşad Xalıqov deyib.

Onun sözlərinə görə, hazırda SİMA-nın mobil əlavəsi vətəndaşlar üçün mövcuddur, hüquqi şəxslər üçün olan versiya isə sentyabrın sonlarına təqdim olunacaq.

Qeyd edək ki, hüquqi şəxslər üçün SİMA pullu olacaq və hazırda bu istiqamətdə tariflər müəyyənləşdirilir.