Şimali Koreya rəsmi Seulu məhv etməklə hədələyib

F1920129166019519528277368810724511.jpg

Şimali Koreya ölkədə koronavirusu yayma cəhdinə görə Cənubi Koreyanı məhv etməklə hədələyib.

Avtor.az xəbər verir ki, Əmək Partiyasının sədr müavini Kim E Çjonun müvafiq bəyanatını Koreyanın rəsmi KSNA agentliyi yayıb.

“Düşmən ölkəmizə virus yoluxdurmaq kimi təhlükəli işlərdə israrda davam edərsə biz təkcə virusu yox, Cənubi Koreya hakimiyyətini də məhv etməklə cavab verəcəyik” – deyə Kim E Çjon vurğulayıb.

Şimali koreyalı siyasətçi bildirib ki, ölkədə koronavirus cənubla sərhəd ərazilərdə başlayıb.

Qeyd edək ki, Kim E Çjon KXDR-in rəhbəri Kİm Çen Inın bacısıdır.