“Siz bir ilk etdiniz”

260242 jigenov5ok.jpg

Xəbər verdiyimiz kimi, “Avroviziya 2023” təmsilçilərimiz Tural və Turan Bağmanov qardaşları yarışmanın finalına vəsiqə qazana bilməyib.

12-ci nömrə altında səhnəyə çıxan əkizlər “Tell me more” mahnısını səsləndiriblər. Tural və Turan məğlubiyyətdən sonra heç bir paylaşım etməyib və fikir bildirməyib.

“Avroviziya”nın Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımov qardaşlarla bağlı paylaşım edib. O, əkizlərin şəklini yayımlayaraq onlara təsəlli verməyə çalışıb.

“Sizinlə fəxr edirəm, uşaqlar. Bütün ölkə sizinlə fəxr edir” deyə, Eldar paylaşımında yazıb.

Qeyd edək ki, “Avroviziya”nın ikinci yarımfinalı mayın 11-də, final isə 13-də keçiriləcək.