SOCAR hava şəraiti ilə bağlı məlumat yaydı

1651822900 fotojet 2021 11 10t184048 297.jpg

SOCAR hava şəraiti ilə bağlı məlumat yaydı
Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı SOCAR dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

Bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən məlumat verilib.

Bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində müəyyən istehsalat sahələrindən işçilərin təxliyəsi həyata keçirilib.

Həmçinin bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır.