“Space” TV-nin yeni baş direktoru kimdir? – DOSYE

687027167 1447429024082224 7402074388776957412 n 69f890647f115

Xəbər verdiyimiz kimi, Ayaz Mustafayev “Space” televiziyasına direktor təyin edilib.

Bu barədə “Space” televiziyasından məlumat verilib.

Qeyd edilib ki, Ayaz Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə Xarici İşlər Nazirliyində başlayıb, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrində, daha sonra İTV və AZTV-nin London bürosunda çalışıb. Bu müddət ərzində mətbuat və media sahəsində geniş beynəlxalq təcrübə qazanıb. Son illərdə özəl sektorda və Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Qeyd edək ki, bu barədə ilk məlumatı “manset.az” saytı yazıb.