Şri-Lankada fövqəladə vəziyyət ləğv edilib

Ca4e106b42246c9605b7d9838733cd7e 109742 65.jpg

Şri-Lanka prezidenti Qotabaya Rajapaksa fövqəladə vəziyyət rejimini ləğv edib.

Müvafiq sərəncam hökumətin saytında dərc olunub.

Sənədə əsasən, aprelin 1-dən ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilir.

Qeyd edək ki, Şri-Lankada aprelin 3-də iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar ölkədə genişmiqyaslı etirazlar fonunda Nazirlər Kabineti istefa verib. Prezidentin Şri-Lankada fövqəladə vəziyyət elan etməsindən qısa müddət sonra 26 nazir ictimai təhlükəsizlik, ictimai asayişin qorunması və icmanın həyatı üçün vacib olan ləvazimat və xidmətlərin təmin edilməsi maraqları naminə istefalarını elan ediblər. Ölkədə fövqəladə vəziyyətin tətbiqinə və rejimin pozulmasına qarşı keçirilən kütləvi etirazlar nəticəsində 600-dən çox insan həbs edilib.