Stoltenberq: Ukraynada müharibə danışıqlar masası arxasında bitəcək

110209d8161237167279176595410475239.jpg

Ukraynadakı müharibə danışıqlar masası arxasında bitəcək.

Avtor.az CNN-ə istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

O qeyd edib ki, müharibənin nəticəsini proqnozlaşdırmaq çətindir.

“Müharibələr hər zaman gözlənilməzdir və buna görə də biz sadəcə olaraq uzunmüddətli dövrə hazır olmalıyıq”,-deyə Stoltenberq deyib.

O bildirib ki, ukraynalılar döyüş meydanında ölkələrini qorumaq üçün can atır. Bütün bunlara baxmayaraq Rusiya da böyük itki verir.